Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
02.04.2024 12:39

Sankt-Peterburqun mədəniyyət-işgüzar missiyasının Azərbaycanın paytaxtına səfəri çərçivəsində Səhiyyə Nazirliyində Sankt-Peterburqun Səhiyyə Komitəsinin sədr müavini Aleksey Tereşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edib.

 

O, 2021-ci ilin yayında Bakıda Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşün keçirildiyini xatırladıb.

 

Görüş zamanı ölkələr arasında “Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi” imzalanıb.
Rusiya tərəfinə COVID-19 pandemiyası ilə mübarizədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən nazir rusiyalı mütəxəssislərin dəyərli tövsiyələrinin Azərbaycanda epidemioloji vəziyyətin sabitləşməsinə öz töhfəsini verdiyini vurğulayıb.

 

Teymur Musayev çıxışında Sankt-Peterburqdakı tibb universitetlərinin zəngin elmi-tədqiqat ənənələri ilə tanındığını və illər ərzində görkəmli alimlərin yetişdirdiyini xüsusilə qeyd edib. Eyni zamanda, Sankt-Peterburqun Kliniki Elmi-Praktiki Mərkəzlərində ixtisaslaşmış tibbi yardım xidmətlərin göstərildiyi vurğulanıb.

 

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əlaqələrin gələcək dinamik inkişafına ümidvar olduğunu bildirib: “Tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən Aleksey Tereşin belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıb. Nümayəndə heyətinin rəhbəri Sankt-Peterburqdakı tibb mərkəzləri və müəssisələrinin fəaliyyəti haqqında da ətraflı məlumat verib. Ürək cərrahiyyəsi, minimal invaziv, torakal cərrahiyyə, onkologiya, urologiya və tibbin digər sahələrində ciddi nailiyyətlərin əldə edildiyini qeyd edən Aleksey Tereşin Azərbaycan Səhiyyə Nazirliyi, eləcə də onun tabeliyində olan elmi-tədqiqat institut və mərkəzləri ilə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu bildirib.

 

Nümayəndə heyətinin rəhbəri, həmçinin qeyd edib ki, səfər çərçivəsində Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinə (ATU) və ATU-nun elmi klinikalarında görüşlər keçiriləcək, eyni zamanda Azərbaycan Tibb Universiteti ilə Sankt-Peterburq Pediatriya Universiteti arasında Əməkdaşlıq Memorandumunun imzalanması nəzərdə tutulub.

 

Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev