“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
07.04.2024 09:57
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə pasiyentlərinə qayğı və həssaslıqla yanaşan Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylını təqdim edirik.
O, 2014-cü ildə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib, 2014-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasında mamalıq-ginekologiya ixtisası üzrə rezidentura təhsili alıb. 2020-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyət göstərir.
Leyla Qaçaylı Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində normal və patoloji hamiləliyin təqibi, normal fizioloji və cərrahi doğuşlar, uşaqlıq yolunun və uşaqlıq boynunun patalogiyası, diaqnostikası və müalicəsi, histeroskopiya, konservativ və cərrahi ginekologiya, sonsuzluğun diaqnostikası və müalicəsi, estetik ginekoloji əməliyyatların həyata keçirilməsi ilə məşğul olur.
O, öz peşəsini sevən, özünə qarşı tələbkar, tibb elminin son nailiyyətlərini izləyən, dünya mətbuatında öz sahəsi ilə bağlı yenilikləri işində tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir. 2016-cı ildə Bakıda Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə “Uşaqlıq boynu patologiyası və kolposkopiya” kursunda və Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Assosiasiyası ilə Almaz Akademiyası Tibbi Tədris Mərkəzinin təşkil etdiyi “Laparoskopik ginekologiya və histeroskopiya” kursunda, 2017-ci ildə Bakıda Almaniyanın Frayburq Akademiyasının MEDIZIN GmbH-in təşkilatçılığı ilə “Ultrasonoqrafiya” təlimində, 2018-ci ildə Bakıda Histeroskopiya və Minimal İnvaziv Cərrahiyyə Akademiyasının təşkilatçılığı ilə “Histeroskopiya” kursunda və 2019-cu ildə Bakıda Azərtürkmed lazer klinikasının təşkilatçılığı ilə keçirilən “Lazer və estetik ginekogiya” üzrə təlimdə iştirak edib.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

