Mərkəzi Gömrük Hospitalında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib
31.03.2024 11:06

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası , Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, əməkdaşlar, həkim-rezidentlər və könüllü gömrükçülər iştirak ediblər.

Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

 

Daha sonra tədbir iştirakçıları 31 mart qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək Azərbaycanlıların Soyqırımı Gününün tarixindən danışaraq, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım barədə məlumat verib.

 

Rəis müavini İsmayıl Əfəndiyev qeyd edib ki, bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşmüşüb. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan bu həqiqətlər Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində üzə çıxarılıb, xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün olub.

 

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixində 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə imzaladığı Sərəncamından sonra hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.

 

Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub.

 

Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə çıxış edərək 31 mart soyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət, məhv edilmiş və yerlə yeksan edilmiş kəndlər barədə məlumat verib.

 

Qeyd olunub ki, 31 mart qurbanları tarixin yaddaşından silinməyəcək, bu soyqırımı daim xalqımız tərəfindən xatırlanacaq və qurbanların xatirəsi əziz tutulacaq.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev