“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Pediatr Şahnaz Zamanlı
06.04.2024 17:00

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə uşaqlara qarşı çox mehriban və qayğıkeş olan, onların hər birinə fərdi yanaşaraq sağlamlıqlarının keşiyində durmağı özünə borc bilən pediatr Şahnaz Zamanlını təqdim edirik.

 

Şahnaz Zamanlı 2019-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2019-2023-cü illərdə Azərbaycan Tibb Universitetində pediatriya ixtisası üzrə rezidentura təhsili alıb. Mərkəzi Gömrük Hospitalının pediatriya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayevin yanında həkim-rezident olaraq rotasiya keçib.

 

O, 2024-cü ildən Mərkəzi Gömrük Hospitalında pediatr kimi fəaliyyətə başlayıb.

 

Həkim Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, sağlam uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə təqibi, uşaqlarda peyvəndlərin aparılması, uşaqlarda qastroenteroloji, pulmonoloji, allergik, otolarinqoloji və infeksion xəstəliklərin müalicəsi, inkişaf geriliyi olan uşaqlara düzgün yanaşma və düzgün diaqnozun qoyulması ilə məşğul olur.

 

Şahnaz Zamanlı özünə qarşı tələbkar və işində məsuliyyətlidir. Eyni zamanda, tibbin son nailiyyətlərini izləyir və öyrənir. O, 2019-cu ildə Bakıda Azərbaycan Tibb Assosiasiyasının Pediatriya dərnəyinin “Pediatriyada yeniliklər” mövzusunda IX simpoziumunda, 2020-ci ildə Perinatal Təbabət üzrə Beynəlxalq konfransda və Türkiyənin İstanbul şəhərində 64-cü Türkiyə milli pediatrik konqresində onlayn formatda, 2023-cü ildə İsrailin Beerşeba şəhərində keçirilən İsrail Pediatriyasının online qış məktəbində, yenə həmin ildə Bakıda keçirilən Neonatal Reanimasiya Proqramı üzrə təlimdə iştirak edib.

 

O, Azərbaycan Pediatriya Cəmiyyətinin üzvüdür.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev