Yeni Klinikada daha bir ilk
30.03.2024 12:51

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın peşəkar Ümumi cərrahiyyə komandası tərəfindən mürəkkəb əməliyyat uğurla icra edilib.

 

Bu barədə Aztibb.az-a Yeni Klinikadan xəbər verilib.

 

Daha əvvəl TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra edilməyən əməliyyat ilk dəfə olaraq Yeni Klinikada Cərrahiyyə və Transplantasiya şöbəsinin rəhbəri Eldar Əhmədov və Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov tərəfindən həyata keçirilib.

 

Düz bağırsaq törəməsi və qaraciyərin metastatik törəməsi diaqnozu ilə müraciət edən xəstəyə icra edilən laparoskopik düz bağırsağın ön-aşağı rezeksiyası və sol tərəfli hemihepatektomiya, metastazektomiya əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində yerinə yetirilib.

 

Cərrahiyə komandasının uğurlu əməliyyatından sonra stasionar müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb.

 

Məlumat üçün bildirək ki, ölkə xaricində icra olunan bu kimi mürəkkəb əməliyyatlar artıq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində Yeni Klinikanın peşəkar komandası tərəfindən həyata keçirilir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev