Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı invaziv kardioloqu Şəhla Ağayeva - Həkimlərimizi tanıyaq!
02.04.2024 17:33
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin yüksəkixtisaslı invaziv kardioloqu Şəhla Ağayevanı təqdim edirik.
O, 2017-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, 2017-2021-ci illərdə Azərbaycan Tibb Universitetində kardiologiya ixtisası üzrə rezidentura təhsili alıb. O, 2021-2022-ci illərdə özəl tibb müəssisəsində invaziv kardioloq vəzifəsində çalışıb, 2022-ci ildən Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində invaziv kardioloq kimi fəaliyyət göstərir.
Şəhla Ağayeva Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində EKQ, Holter monitorinqi, Fiziki yük sınağı (Stress test), Exokardioqrafiya, Stress Exokardioqrafiya, Ambulator qan təzyiqi monitorizasiyası, Kardioversiya, Koronar angioqrafiya, PTKA (Perkutan trans luminal angioplastika), Koronar angioqrafiya + bypass kontrolu, Periferik angioqrafiya, periferik angioplastika və digər prosedurları həyata keçirir.
Həkim dünya mətbuatında kardiologiyaya dair ən yeni nailiyyyətləri izləyən və praktikada tətbiq edən, Azərbaycanda, Türkiyədə və Fransada keçirilən forumlarda, konfranslarda yaxından iştirak edən, bilik və bacarıqlarını artıran invaziv kardioloqdur.
Belə ki, Şəhla həkim 2021-ci ildə Türkiyənin İstanbul şəhərində Türk Kardioloji Dərnəyinin təşkilatçılığı ilə keçirilən 28-ci Milli Kardioloji Toplantıda, 2021-ci Fransanın Rouen şəhərində Rouen-Normandiya Universitetinin təşkilatçılığı ilə keçirilən “TF-TAVİ Minimalist yanaşma” təlimində, 2022-ci ildə Qazaxıstanda, Milli Tədqiqat Kardio-cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə keçirilən “TAVİ əsasları və THV elmi, kliniki yeniləmə” təlimində iştirak edib.
O, Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

