Tanınmış arxeoloq Tufan Axundov xərçəng xəstəliyindən dünyasını dəyişib
29.03.2024 10:01

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Tufan Axundov xərçəng xəstəliyindən vəfat edib.

 

Aztibb.az xəbər verir ki, o, 26 noyabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdu. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun məzunu idi. “Şimal-Şərqi Azərbaycanın yaşayış məntəqələrinin tarixi topoqrafiyası və məskunlaşma sistemi” mövzusunda namizədlik, “Şimal-Qərbi Azərbaycan Eneolit və Tunc dövrlərində” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdi.

 

Azərbaycan arxeologiyasında cəmiyyətin inkişaf dinamikasının ətraf mühitin inkişaf qanunları ilə əlaqədar təhlilinə əsaslanaraq abidələrin mövcudluğunun əvvəlcədən proqnozlaşdırılması, Şimal-qərbi Azərbaycanda arxeoloji ənənələrin inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, Cənubi Qafqazda tunc dövrü yeni arxeoloji ənənəsinin əsaslandırılması, Qafqazın ən qədim metallurgiyasının faktiki sübutlarının aşkarlanması alimin əsas elmi istiqamətlərini təşkil edirdi.

 

Tufan Axundovun iştirakı ilə Alxantəpə və Polutəpə abidələri kəşf edilmiş, onun Alxantəpəyə aid 735 səhifəlik kitabı çap olunmuşdu. Alim, həmçinin 100-dən çox elmi əsərin, “Təlatümlü illər”, “Alxantəpə yaşayış yeri - Leylatəpə ənənəsi”,  “Qafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab: Qarabağ neolit ənənəsinin abidələri”, “Azərbaycan torpağına türbət demişəm” kimi kitabların müəllifi idi.

 

Allah rəhmət eləsin!

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev