Qırğızıstanda koronavirusa yoluxanların sayı 30 mini ötdü
23.07.2020 10:58

Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 967 nəfər yoluxub. Onlardan 238-i Bişkekdə qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Qırğızıstan Koronavirusla Mübarizə üzrə Respublika Qərargahı məlumat yayıb.

 

Məlumatda bildirilib ki, bununla da indiyədək ölkədə virusa yoluxanların sayı 30 min 326 nəfərə çatıb. Son sutka ərzində 46 nəfər, ümumiyyətlə isə 1169 xəstə bu virusdan ölüb.

 

Hazırda xəstəxanalarda 13 min 201 pasiyent müalicə olunur.

 

Qeyd edək ki, Qırğızıstanda bu sahədə vəziyyətin gərgin olduğunu nəzərə alan Rusiya Federasiyası ötən gecə ölkəyə 50 həkimdən ibarət qrup, həmçinin humanitar yardım göndərib. Dünən isə Bişkekə Rusiyanın hərbi həkimlərindən ibarət briqada gedib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır