Səhiyyə naziri XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edib
15.03.2024 16:38

Azərbaycan Respublikasının paytaxtında “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumu keçirilir.


Səhiyyə naziri Teymur Musayev XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edib.


Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, Teymur Musayev bildirib ki, bəşəriyyətin üzləşdiyi son qlobal təhlükələr hamımızı parçalanmış dünyanı bərpa etmək üçün sıx əməkdaşlıq etməyə məcbur edir: “Hamının təhlükəsizliyi və sağlamlığının təmin edilməsi son dərəcə aktual məsələyə çevrildiyindən, bugünkü müzakirələr məqsədə çatmaq üçün kollektiv səylərimizi gücləndirəcək. Buna görə də daha yaxşı hazırlıq və adekvat strategiya davamlı qlobal səhiyyə infrastrukturu tələb edir”.


Nazir qeyd edib ki, səhiyyə sisteminə ənənəvi yanaşma müasir dövrün tələbləri ilə uzlaşa bilməzdi: “İnformasiya texnologiyalarının sürətli inkişafı “Hər kəs üçün sağlamlıq” konsepsiyasının reallığa çevrilməsinə səbəb olub. Səhiyyənin rəqəmsallaşması sektorun yalnız texnoloji baxımdan deyil, öncəliklə mədəni baxımdan transformasiyadır. Rəqəmsal texnologiyalar birgə qərarvermə prosesində həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırır. Bu isə, fərdin sağlamlığı amilini önə çəkən yeni səhiyyə paradiqmasının yaranmasına yol açıb”.

 

Azərbaycanda İlham Əliyevin prezidentliyi dövründə sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal hökumətə keçid, iqtisadiyyatın şaxələndirilməsi hazırkı suverenliyimizi və regionun aparıcı ölkəsi kimi tanınmağımızı şərtləndirdiyini bildirən nazir vurğulayıb: “Ölkə başçısının rəhbərliyi altında son 20 il ərzində Azərbaycanda milli səhiyyə sisteminin infrastruktur, insan resursları və səhiyyənin maliyyələşdirilməsi baxımından gücləndirilməsi istiqamətində mühüm işlər görülüb”.


Onun sözlərinə görə, dövlət başçısının 25 dekabr 2023-cü il tarixli Sərəncamı iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə fəal töhfə verən, beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan Respublikasının rolunu xüsusilə vurğulayır: “Bunun bariz təsdiqi bu ilin noyabrında COP29-un Bakıda keçirilməsidir”.


2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli” elan edildiyini vurğulayan nazir sağlamlığımızın yaşadığımız mühitlə sıx bağlı olduğunu qeyd edib: “İqlim dəyişikliyi sağlamlığımıza, rifahımıza və təhlükəsizliyimizə əhəmiyyətli dərəcədə təsir göstərir”.

Teymur Musayev, həmçinin “Hər kəs üçün sağlamlıq” konsepsiyasının Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan Hökuməti işğaldan azad edilən ərazilərin təmir - bərpası istiqamətində misli görünməmiş yenidənqurma işləri aparır: “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə işğaldan azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb”.


“Biz səhiyyə üzrə qlobal əlaqələndirici təşkilat kimi Ümumdünya Səhiyyə Təşkilatını dünya əhalisinin sağlamlığını və rifahını qorumaq üçün norma və standartların müəyyən etməyə çağırırıq”, - deyə Azərbaycan səhiyyə naziri fikrini tamamlayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib