Kimlərə oruc tutmaq olmaz?
13.03.2024 17:25
Tanınmış ürək-damar cərrahı, Əməkdar həkim, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov sosial şəbəkədə oruc tutmağın mənəvi-psixoloji tərəfləri ilə bağlı paylaşım edib.
 
Aztibb.az həmin paylaşımı sizə təqdim edir:
 
"Sizin üçün çoxlarının doğru bildiyi, əslində isə yanlış olan bəzi fikirlərə qısaca aydınlıq gətirmək istəyirəm:
 
Xəstə insanlara oruc tutmaq olmaz. Əgər yüksək təzyiqiniz, şəkəriniz varsa və ya ürəyiniz xəstədirsə oruc tutmaq təhlükəlidir!
 
Orucun orqanizmə bərpaedici (DNT) təsiri var. Orucun xərçəng hüceyrələrini hazır glikozadan məhrum edərək (normal hüceyrələrə nisbətən enerjidən daha çox asılı olduqları üçün) öldürdüyü sübuta yetirilmişdir. Həmçinin sərbəst radikalların təsirinə maneə törətdiyi bilinməkdədir.
 
Oruc tutmaq apoptozis (xəstəlikli və təhlükəli hüceyrələrin yox edilməsi) deyilən mexanizmi işlək hala gətirir. Bunu glikoneogenezis'i fəaliyətə keçirtdərək etməkdədir. Üstəlik, orucun hüceyrələri, toxumaları, orqanları, qanı yeniləyərək orqanizmi və immunitet sistemini yenidən işə salan yeni kök hüceyrələrin əmələ gəlməsinə təkan verdiyi göstərilmişdir.
 
Orucun, eləcə də planlı və istəkli aclığın ömrü uzatdığını tibb elmi sübut etmişdir. Bundan tam şəkildə faydalanmaq üçün qida rasionuna diqqət edilməsi əsas şərtdir. Ən böyük fayda isə, bir ayın sonunda çəkinin ən az 5 % azalmasıdır.
 
Deməli, oruc tutmaq sağlamlığını təmin etmək, sağlam olmaq deməkdir!"
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır