İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Agile metod proqramı: faydası və üstünlükləri” mövzusunda təlim keçirilib  
13.03.2024 10:24
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Agile metod proqramı: faydası və üstünlükləri” mövzusunda təlim keçirilib. 
 
İSİM-dən Aztibb.az-a verilən xəbərə görə, təlimin təşkilində məqsəd müasir dünya təcrübəsindən bəhrələnərək İSİM əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
 
İştirakçılara müasir dövrün ən vacib tələblərindən biri olan çeviklik, aktual idarəetmə modellərinin gündəlik fəaliyyətə tətbiqi barədə geniş məlumat verilib. Bildirilib ki, Agile metodu layihənin idarə edilməsinə, tapşırıqların yerinə yetirilməsinə xüsusi yanaşmadır. Bu üsul köməkçi komandalar üçün yüngül çərçivə təmin edir, daha artıq motivasiya ilə işləməyə və ümumi riskləri azaltmağa yardım göstərir. Bu yanaşma yuxarıdan aşağıya nəzarət etmək və müəyyən edilmiş plana əməl etmək əvəzinə sürətli çalışma, dəyişikliyə uyğunlaşma və əməkdaşlığa-ünsiyyətə üstünlük verir.
 
Qeyd edək ki, İSİM-də səhiyyə işçilərinin bilik və praktik bacarıqlarının inkişaf etdirilməsi, ən müasir dünya təcrübələrinin öyrənilməsi istiqamətində müntəzəm olaraq təlimlər təşkil olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır