Cənubi Koreyada tətil edən 4900 həkimin lisenziyası ləğv edilir
11.03.2024 16:10

Cənubi Koreya hökumətin tibb fakültələrinin kvotalarını artırmaq planlarına etiraz olaraq istefa verən, fəaliyyətini dayandıran və səhiyyədə xaosa səbəb olan 4900 intern-həkimin tibbi lisenziyasının dayandırılması prosesinə başlayıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Cənubi Koreyanın Səhiyyə Nazirliyi bildirib ki, xəstəxanalara qayıtmalarını söyləyən xüsusi əmrləri pozan minlərlə intern həkimə tibbi lisenziyaların dayandırılması istiqamətində ilk addım olan inzibati bildirişlər göndərib.

 

Səhiyyə Nazirliyinin səhiyyə və tibbi siyasət departamentinin direktoru Chun Byung-wang jurnalistlərə açıqlamasında 4900-dən çox intern həkimə bildiriş göndərildiyini deyib.

 

Hökumət daha əvvəl tətil edən həkimlərə lisenziyalarının üç ay müddətinə dayandırılacağı ilə bağlı xəbərdarlıq etmişdi. Bu cəzanın həkimlərin mütəxəssis olmaq vaxtını ən azı bir il gecikdirəcəyi gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır