“Həkimlərimizi tanıyaq!” rubrikası: Yüksəkixtisaslı uzman patomorfoloq Zərifə Yusifli
22.03.2024 17:35
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin rəisi, yüksəkixtisaslı uzman patomorfoloq Zərifə Yusiflini təqdim edirik.
 
Zərifə həkim 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, 2005-2006-cı illərdə Respublika Klinik Xəstəxanasında oftalmologiya ixtisası üzrə internatura keçib. O, təhsilini davam etdirərək 2011-2015-ci illərdə Türkiyənin Ankara şəhərində Hacettepe Universiteti Xəstəxanasında patomorfologiya ixtisası üzrə uzmanlıq təhsili alıb.
 
Türkiyə Hacettepe Universiteti Xəstəxanasının göndərişi ilə Zərifə həkim 2015-ci ildə 3 ay müddətində Amerika Birləşmiş Ştatlarının Atlanta Emory Universiteti Xəstəxanasında elmi araşdırmaçı kimi fəaliyyət göstərib. Daha sonra 2016-cı ildə Türkiyənin Haceteppe Universitetinin Patoloji Anabilim Dalı bölümündə Molekular Patologiya ixtisası üzrə təkmilləşdirmə kursu keçib. O, 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim patomorfoloq kimi fəaliyyət göstərib, 2020-ci ildən isə Patomorfoloji diaqnostika şöbəsinin rəisidir.
 
Zərifə Yusifli Mərkəzi Gömrük Hospitalında beyin şişləri, urolojik sistem, dəri xəstəliklərinin və törəmələrinin, sitologiya nümunələrinin, endokrin sistem, süd vəzi, ginekoloji sistem, sümük və yumşaq toxuma xəstəliklərinin patologiyalarının histologiyasını; bütün növ endoskopik/iynə biopsiyaları və cərrahi eksiziya materiallarının histolojik incələnməsini; geniş miqyasda histokimyəvi və immunohistokimyəvi boyamaların tətbiqi və dəyərləndirilməsini həyata keçirir. 
 
Daim öz üzərində çalışan, öz sahəsi üzrə tibbin ən son yeniliklərini öyrənərək fəaliyyətində tətbiq edən Zərifə həkim müxtəlif illərdə ölkəmizdə və xaricdə keçirilən konfranslarda, seminarlarda və təkmilləşdirmə kurslarında iştirak edib. O, 2014-cü ildə İngiltərənin London şəhərində XXVI Avropa Patoloji konqresində, 2015-ci ildə İtaliyanın Milan şəhərində XXXIX Avropa Sitoloji konqresində, 2018-ci ildə Türkiyənin Ankara şəhərində XXVIII Milli Patoloji konqresində, eyni ildə Türkiyənin İzmir şəhərində VIII Milli Sitopatoloji konqresində, 2019-cu ildə Fransanın Nitsa şəhərində XXXI Avropa Patoloji konqresində, 2022-ci ildə İsveçrənin Basel şəhərində keçirilən XXXIV Avropa Patoloji konqresində və digər tədbirlərdə iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır