Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tələbələr üçün təlimlərə start verilib
07.03.2024 10:41

Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün təlimlərə start verilib.

 

Aztibb.az-a Hospitaldan verilən xəbərə görə, Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq ilk mövzu “Tibbi deontologiya və etik davranış qaydaları - Tibb bacılarının işində ünsiyyət: Tibbi yardımın xəstə yönümlü modelinin etik və deontoloji aspektləri”nə həsr olunub.

 

Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tələbələri salamlayaraq Mərkəzi Gömrük Hospitalında onların praktiki bacarıqlarla yanaşı nəzəri biliklərinin də təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq icra olunacaq təlimlər barədə geniş məlumat verib. Tibb bacılarının fəaliyyətində etik prinsiplərə riayət edilməsinin və ünsiyyətin mühüm rol oynadığını vurğulayan İ.Əfəndiyev tələbələri təlimlərdə aktiv iştirak etməyə dəvət edib.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının tibb bacısı Nigar Maqsudova tibb bacısının fəaliyyətində tibbi etika və xəstəyönümlü fəaliyyətlərin təşkilində tibb bacısının ünsiyyət bacarıqlarının vacibliyi barədə geniş təqdimatla çıxış edib.

 

Təqdimatın sonunda tələbələrin sualları cavablandırılıb, təlimlərin təşkili ilə bağlı rəy və təkliflər dinlənilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub