ETPİ-də “Qızdırma və qızdırmalı xəstələrdə klinik müşahidə” adlı seminar təşkil olunub
06.03.2024 15:32
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) seminar keçirilib.
 
ETPİ-dən Aztibb.az-a bildirilib ki, konfransda institutun rəhbərliyi, həkim kollektivi, elmi işçilər, ATU-nun I və II uşaq xəstəlikləri kafedrasında təcrübə məşğələləri keçən tələbələr, rezidentura təhsili alan həkim-rezidentlər iştirak ediblər.
 
Konfransda pediatr Gülnaz Ağayevanın rəhbərliyi altında həkim rezident Samirə Məmmədzadə “Qızdırma və qızdırmalı xəstələrdə klinik müşahidə” mövzusunda təqdimatla çıxış edib.
 
Seminarda qızdırmaya səbəb olan amillər, qızdırmanın patogenezinde interleykin və prostaqlandinlərin rolu, qızdırmanın təsnifatı, qızdırmanın markerləri, qızdırma ilə hipertermiyanin fərqi, qızdırmanın bioloji əhəmiyyəti, piroterapiya haqqında məlumat verilib.
 
Daha sonra institutun rəhbərliyi tərəfindən maraqlı və az rast gəlinən, müzakirəyə ehtiyacı olan xəstəlik tarixlərinin araşdırılması, bu xəstəliklər haqqında nəzəri materialların hazırlanması həkim-rezidentlərə həvalə edilib.
 
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, həkim və rezidentlərin sualları cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub