ÜST-nin Azərbaycan Nümayəndəliyi Universal Tibbi Təminat Tərəfdaşlığı ölkələrinin toplantısında təmsil olunub
05.03.2024 10:47
ÜST-nin ölkə ofisinin nümayəndələri Qazaxıstanın Almatı şəhərində ÜST-nin Avropa Regional Ofisi və Avropa İlkin Səhiyyə Xidməti Mərkəzinin təşkil etdiyi Universal Tibbi Təminat (UHC) Tərəfdaşlığı ölkələrinin toplantısında iştirak ediblər.
 
Bu məlumat Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən vrilib.
 
Tədbirdə 60 ÜST nümayəndəsi bir araya gələrək 9 ölkədə - Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Moldova, Şimali Makedoniya, Ermənistan, Tacikistan və Ukraynada daha effektiv təsir güclü strategiya üzərində müzakirə aparıblar.
 
İştirakçıları arasında ÜST-nin ölkə ofislərinin rəhbərləri, səhiyyə siyasəti üzrə məsləhətçilər, layihə rəhbərləri və ÜST/Avropanın əməkdaşları yer alıb. Onlar 2023-də əldə edilmiş nailiyyətləri müzakirə edib, ilkin səhiyyə xidməti, səhiyyə işçi qüvvəsinin inkişafı, səhiyyənin maliyyələşdirilməsi kimi əsas prioritetləri nəzərdən keçiriblər.
 
Toplantı təcrübə mübadiləsinin aparılması, ölkələr arasında səhiyyə siyasətinin öyrənilməsini və əməkdaşlığın inkişafı baxımından əlverişli platforma rolunu oynayıb.
 
Universal Tibbi Təminat Tərəfdaşlığı hər kəsi sağlamlıq problemlərinin həllinə cəlb etmək və fərdləri sağlamlıqları ilə bağlı qərarların qəbulunda iştiraka təşviq edir. Bu proqram çərçivəsində 125-dən çox ölkədə ÜST dəstəyini təmin etmək üçün donorlarla əməkdaşlıq edilir, texniki təcrübə və tərəfdaşlığı inkişaf etdirən layihələr üçün maliyyə yardımı təklif olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır