Təcili tibbi yardım briqadasının vaxtında və düzgün yardımı nəticəsində xəstənin həyati təhlükəsi aradan qaldırılıb
05.03.2024 09:43
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.03.2024-cü il saat 21:20 tarixində ürək ağrısı şikayəti ilə çağırış daxil olub.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, ünvana gedən təcili tibbi yardım briqadası tərəfindən insult və şəkərli diabet xəstəsinə kəskin miokard infarktı diaqnozu qoyulub və ikinci briqada - anesteziologiya-reanimotologiya (ARB) briqadası çağrılıb.
 
Xəstə kəskin miokard infarktı, AV blokada diaqnozu ilə Kardiologiya İnstitutuna aparılıb. O, müayinələrdən keçirildikdən sonra angioqrafiya üçün Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub.
 
Təcili tibbi yardım briqadasının vaxtında və düzgün aparılan yardımı nəticəsində xəstənin həyati təhlükəsi aradan qaldırılıb. Hazırda xəstənin vəziyyəti stabildir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır