Mərkəzi Gömrük Hospitalında seminar: “Yeni nəsil kalsium antaqonistilərinin arterial hipertenziyanın müalicəsində rolu” 
03.03.2024 14:03
Mərkəzi Gömrük Hospitalında “Yeni nəsil kalsium antaqonistilərinin arterial hipertenziyanın müalicəsində rolu” mövzusunda növbəti seminar keçirilib.
 
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə mövzu üzrə məruzə ilə çıxış edən Kardiologiya şöbəsinin kardioloqu Günay Məmmədova hazırda dünyada 1 milyard hipertenziyalı xəstə olduğunu qeyd edərək, 2025-ci ildə onların sayının 1,5 milyard olacağının proqnozlaşdırıldığını deyib. O, bu xəstələr arasında hər 3 nəfərdən birini müalicə etməyin mümkün olduğunu deyərək, bu xəstəliyin insan sağlamlığı üçün yaratdığı fəsadlardan: ürək çatışmazlığından, insultdan, korluqdan, ürək-damar xəstəliklərindən danışıb.
 
Hipertenziyanın qlobal xəstəlik və hazırda baş verən ölümlərin əsas səbəbi olduğunu qeyd edən həkim bu xəstəliyə ciddi nəzarətin mütləq olduğunu, müalicə zamanı istifadə olunan effektiv dərman vasitələrinin düzgün seçilməsinin vacib olduğunu söyləyib.
 
Seminar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub