Son 3 ayda Sabunçu Tibb Mərkəzinin yenilənən Əməliyyat blokunda 130-dan çox cərrahi əməliyyat icra olunub
01.03.2024 12:31
TƏBİB-in əhaliyə keyfiyyətli və ixtisaslı tibbi xidmət göstərilməsini təmin etmək məqsədilə tibb müəssisələrində həyata keçirdiyi yeniliklər müsbət nəticələr verməkdədir. Son dövrlər maddi-texniki bazasında və fəaliyyət istiqamətində ciddi dəyişikliklər olan, yeniliklər baş verən tibb müəssisələrindən biri də Sabunçu Tibb Mərkəzidir.
 
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Sabunçu Tibb Mərkəzinin yenilənən Əməliyyat blokunda 2023-cü ilin dekabr ayından etibarən 133 pasiyent əməliyyat olunub. Onların 91-i qadın, 42-si kişi olub. Baş tutan əməliyyatların hər biri uğurla icra olunub və pasiyentlərə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
 
Qeyd edək ki, Əməliyyat bloku müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təmin olunub. Belə ki, yeni əməliyyat bloku narkoz aparatları, monitorlar, masalar, laparoskopik cihaz və alətlər, endoskopiya, C-qollu rentgen, beyin əməliyyatları üçün mikroskop cihazları, “Thunderbeat” və “Sonicbeat” (ən müasir cərrahi toxuma idarəetmə sistemləri) xüsusiyyətlərinə sahib damar kəsmə, möhürləmə cihazları (“Ligature”), bipolyar və monopolyar xüsusiyyətləri olan koaqulyatorlarla təchiz olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır