ATU rektoru universitetdə yeni fəaliyyətə başlayan Ortodontiya kafedrasını ziyarət edib
01.03.2024 11:57

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli universitetdə yeni fəaliyyətə başlayan Ortodontiya kafedrasını ziyarət edib. 

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, professor G.Gəraybəyli ATU-nun Tədris Stomatoloji Klinikasında yerləşən bu kafedranın əməkdaşları və rezident həkimlərlə görüşüb, kafedrada tədris üçün yaradılmış şəraitlə tanış olub, dərs prosesini gedişini izləyib.  

 

O, klinika və kafedra rəhbərliyi ilə görüşdə bu yeniliyin ortodontiya sahəsində ətraflı tədqiqat aparmaq istəyən gənclər üçün yeni imkanlar yaradacağından əmin olduğunu bildirib və onlara uğurlar diləyib. Rektor Gəray Gəraybəyli kafedrada yaradılmış şəraiti yüksək qiymətləndirərək müvafiq tövsiyə və tapşırıqlarını da verib.

 

Ortodontiya kafedrasının müdiri, dosent Ramidə Şadlinskaya hazırda 12 rezidentin klinik və tədqiqat proqramlarında iştirak etdiyini söyləyib. Rezidentlər üçün həm kafedranın əməkdaşları tərəfindən, həm də dəvət olunan mütəxəssislər tərəfindən mütəmadi mühazirə saatlarının təşkil olunduğunu vurğulayıb.

 

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Mahir Səfərov yeni kafedranın yüksək standartlara uyğun tədris prosesinin təşkili üçün zəruri olan avadanlıqlarla tam təchiz olunduğunu, burada peşəkar professor-müəllim heyətinin fəaliyyət göstərdiyini vurğulayıb. M.Səfərov Tədris Stomatoloji Klinikasının fəaliyyətində tətbiq edilən müasir təhsil metodları, yeniliklər barədə də rektoru məlumatlandırıb, tətbiq edilən islahatların tələbələrin bilik və bacarıqlarını artırılmasına yönəldiyini qeyd edib.  

 

Qeyd edək ki, ortodontiya stomatologiyanın diş-çənə anomaliyalarının etiologiyasını, patogenezini, diaqnostikası və müalicə üsullarının xüsusiyyətlərini öyrənən bir sahəsidir.  Ötən əsrin 70-ci illərinə kimi ölkəmizdə ortodontiya fənni tədris olunmayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Tədris Cərrahiyyə Klinikasında uğurlu diz protezi əməliyyatı icra olunub   
Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil Klinikası tərəfindən Xocasən qəsəbəsində tibbi aksiya keçirilib
Hövsan Tibb Mərkəzinin həkimi Adil Qubadov vəfat edib
 Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin əməkdaşı ATU-da təcrübə keçib   
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
 Azərbaycan urologiyasının tarixində ilk dəfə həkimlərimiz beynəlxalq kongres nəzdində ayrıca sessiya təşkil ediblər   
Şahbuz rayonunun Kolanı kəndində tibbi aksiya
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
Naxçıvanda tanınmış həkim vəfat edib
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
 Həkim və feldşerlər üçün təlim: “Onurğa və ətrafların travmaları zamanı immobilizasiya qaydaları”    
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
 Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə   
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb