ATU-da Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə görüş olub
20.05.2026 10:00

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Özbəkistan Respublikası Daşkənd Dövlət Tibb Universitetinin (DDTU) ATU-da akademik fəaliyyətdə olan nümayəndə heyəti ilə görüşüb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə dövlətlər və xalqlarımız arasında yüksəksəviyyəli əlaqələrin hər müstəvidə böyük uğurla, artan dinamika ilə inkişafından söz açan Gəray Gəraybəyli ortaq mədəniyyətə sahib iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyini diqqətə çatdırıb.

 

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi görüşünə də diqqət çəkən rektor bu səfərin yaxın münasibətlərin əsas göstəricisi olduğunu, eyni zamanda ölkələr arasında əməkdaşlığın hərtərəfli gücləndirilməsi və dərinləşdirilməsinə daha da təkan verdiyini vurğulayıb.

 

Özbəkistanla Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişafını, əməkdaşlığın təhsil, xüsusən də tibbi təhsil sahəsində dərinləşdirilməsi üçün geniş imkanlar oldğunu və bu aspektdə də ATU ilə DDTU arasında imzalanmış anlaşma memorandumunu xatırladan rektor qarşılıqlı səfərlər, eləcə də mütəmadi görüşlərin münasibətlərin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini nəzərə çatdırıb.

 

DDTU nümayəndə heyətinə rəhbərlik edən Özbəkistan Respublikasının Əməkdar tibb işçisi, Elm və texnika sahəsi üzrə Dövlət Mükafatı laureatı, professor, Otorinolarinqologiya kafedrasının müdiri,  "Happy Life" klinikasının direktoru Şavkat Amonov da iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə böyük maraq göstərildiyini, universitetlərarası akademik mübadilə proqramının bu baxımdan xüsusi rolu olduğunu bildirib. Proqram çərçivəsində ATU ilə tanışlıq zamanı burada yaradılan şəraiti yüksək dəyərləndirən və səmimi qarşılanmaya görə minnətdarlığını ifadə edən qonaq Azərbaycanla bağlı xoş təəssüratlarını da paylaşıb.

 

Görüşdə özbəkistanlı mütəxəssislərin otorinolarinqologiya sahəsi üzrə rezidentlərə mühazirələri, kafedralararası aprobasiya, praktik məşğələ və cərrahi əməliyyatlarda iştirakı haqda da ətraflı məlumat verilib.

 

Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin (kafedranın dosentləri - Firuza Nurmuxamedova, Jamol Erqaşev, kafedranın assistentləri - Maftuna Omonova, Zarina Eqamberdiyeva və DDTU-nun I kurs magistri Jasmin Turaeva) ATU-nun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında akademik fəaliyyəti 12 iyun 2026-cı il tarixinə qədər davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır