“Geriatriya” monoqrafiyası - Yaşlılarda ən çox rast gəlinən xəstəliklər, onların müalicə və profilaktikası 
27.02.2024 11:25

Dosentlər Şəfəq İbrahimova, Aytən Sultanova, professor Sergey Alimetov, tibb üzrə fəlsəfə doktorları Məsməxanım Məcidova, Aynur Hümbətova və uzman psixiatr Alimetovun birgə müəllifliyi ilə “Geriatriya” monoqrafiyası işıq üzü görüb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, ana dilimizdə həmin mövzuya dair ilk elmi-praktik, monoqrafik kitabda ahıl və qocalarda ən çox rast gəlinən xəstəliklər və sindromların klinikası, diaqnostikası, müalicə reabilitasiyası və profilaktikası öz əksini tapıb.



Qeyd olunub ki, XX əsrin ortalarından başlayaraq dünyanın inkişaf etmiş ölkələrində əhalinin yaş quruluşu göstəriciləri arasında ahıl və qoca insanların artması prosesi gedir. Birləşmiş Millətlər Təşkilatının dünya əhalisinin 1950-2050-ci illər arasında quruluş dəyişikliklərinə həsr olunmuş analitik məruzəsinə əsasən, XXI əsrdə əhalinin qocalması prosesi davam edəcək və dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da qlobal fenomen olacaq. BMT-nin bu barədə hesabatına görə, yaşı 60 və ondan çox olan insanların sayı 2015-ci ildə əhalinin 20%-ni təşkil etmiş, 2025-ci ildə 24%, 2050-ci ildə isə 30-33% olacaq.

Azərbaycanda ahıl yaşlı insanların sayı inkişaf etmiş ölkələrin həmin göstəricilərinə nisbətən və orta dərəcədə inkişaf etmiş ölkələrlə müqayisədə yüksəkdir.

Əhali arasında yüksək yaşlı qrup nümayəndələrinin sayca artması tibbi, sosial və psixoloji problemlərin çoxalmasına gətirib çıxarır. Ahıl və qoca insanlarda rast gəlinən əsas problemlər ilk növbədə yaşla əlaqədar inkişaf edən xəstəliklərlə bağlıdır. Bunlara ürək-qan damar sistemi, hərəki-dayaq orqanları xəstəlikləri, Alzheymer xəstəliyi, şəkərli diabet və onkoloji xəstəliklər birbaşa aiddir. Adları çəkilən patologiyalar pasiyentlərin həyat keyfiyyətini ciddi şəkildə pisləşdirir. Ona görə də praktik olaraq xəstəliklərin inkişafı ilə sinxron şəkildə əlilliyin və ölümün artması qeyd edilir.

Bu problemlərin adekvat və vaxtında həlli üçün səhiyyə sistemi müvafiq şəkildə və dərəcədə hazırlıqlı olmalıdır. Odur ki, geriatriya sahəsində işin təşkili və icrası üçün həm də müasir geriontoloji məlumatları özündə cəm edən diqqətəlayiq ədəbiyyatın ana dilində varlığına ehtiyac duyulurdu. Məhz bu məqsədlə yazılan monoqrafiya tələbələr, gənc həkimlər, rezident və magistrlər, terapevtlər, geriatrlar və ahıllara tibbi xidmət göstərən digər həkimlər üçün nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib