Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qidalanma kitabı işıq üzü görüb
25.03.2025 13:34

Türkiyə Səhiyyə Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların qidalanmasına elmi və müasir yanaşmaları özündə əks etdirən qidalanma kitabı hazırlanıb.


Aztibb.az xəbər verir ki, "Anadolu Ajans" agentliyinin müxbirinin əldə etdiyi məlumata görə, nazirlik xüsusi qayğıya ehtiyacı olan şəxslərdə yarana biləcək qidalanma problemlərinin qarşısının alınması, onların erkən aşkarlanması, düzgün və effektiv müdaxilə və müalicələrin aparılması, bu sahədə yanlış təcrübələrin qarşısının alınması üçün tədbirlər görür.


Bu çərçivədə "Xüsusi ehtiyacı olan uşaqlar üçün qidalanma kitabı" öz sahələrində mütəxəssis olan alimlər, xüsusilə uşaq və yeniyetmələrin psixi sağlamlığı, uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisləri, dietoloqlar və uşaq inkişafı mütəxəssisləri tərəfindən hazırlanıb.


Uşaqlarla təmasda olan səhiyyə işçiləri, xüsusilə xüsusi ehtiyacı olan uşaqlarla məşğul olan mütəxəssis həkimlər və diyetisyenlər üçün hazırlanmış kitab həm də ailələr və baxıcılar üçün mühüm mənbədir.


Sağlam qidalanma tövsiyələri, müxtəlif xüsusi ehtiyaclı diaqnoz qruplarına görə qidalanma problemləri və bu mövzuda tətbiq ediləcək müdaxilə üsullarının yer aldığı kitab 6 fəsildən ibarətdir.


Kitabın birinci hissəsi uşağın sağlam qidalanması, böyümə və inkişafı, ana südünün əhəmiyyəti və əlavə qidalanma prinsipləri kimi əsas mövzuları əhatə edir. Digər bölmələrdə autizm, diqqət əskikliyi, hiperaktivlik pozuqluğu, zehni inkişaf geriliyi, Daun sindromu, spesifik öyrənmə pozğunluğu və bunlara qarşı qidalanma yanaşmaları kimi xüsusi ehtiyacı olan qrupların yemək problemləri, inkişaf və duyğusal müdaxilə üsulları müzakirə edilir.


Kitabda həmçinin mümkün qida əlavələri və effektivliyi sübuta yetirilməmiş pəhriz modelləri ilə bağlı elmi ədəbiyyata əsaslanan dəqiq məlumatlar daxildir.


Kitab Səhiyyə Xidmətləri Baş Müdirliyinin Autizm, Psixi, Xüsusi Ehtiyaclı və Nadir Xəstəliklər Şöbəsinin internet saytından əldə edilə bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb