Bestseller tibbi kitablar: Ürək-damar xəstəliklərinin qarşısını necə almalı, nələrə diqqət yetirməli?
18.03.2023 17:33

Aztibb.az tibb və sağlamlığa dair dəyərli kitabları oxucularına tövsiyə edir.

Türkiyənin məşhur ürək-damar həkimi Hüseyin Bozbaş bu kitabını 20 illik fəaliyyəti dövründə topladığı təcrübə, ürək-damar xəstələrinin, xüsusilə yüksək xolesterin səbəbindən damar tıxanmalarına məruz qalmış pasiyentlərin real hekayələri əsasında yazıb.

İnsanların məlumatsızlığı nəticəsində düşdükləri çətin vəziyyətlərdən təsirlənərək qələmə aldığı əsəri dəyərli maarifləndirici tibbi vəsait hesab etmək olar.

Müəllif asan və anlaşıqlı dildə yazdığı və mürəkkəb tibbi terminlərlə yükləmədiyi kitabda ürək-damar xəstəliklərinin, xüsusilə xolesterinin tarixi təşəkkül prosesindən, damar daralmalarına səbəb olan risk faktorlarından, bu xəstəliklərdən qorunma yolları, onların dərmanla və dərmansız müalicə üsullarından ətraflı məlumat verir.

Kitabda “Risk faktorları ilə necə davranmalıyıq?” suallarına cavab verilir. Qeyri-dərmansız müalicə üsullarından danışılır.

Kitab “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan dilində də çap edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib