Gömrük Hospitalının uroloqu Azərbaycan Endouroloji Simpoziumunda çıxış edib
25.02.2024 12:25

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Türk Üroloji Derneği və Endouroloji Derneğinin rəsmi tərəfdaşlığı ilə keçirilən Azərbaycan Endouroloji simpoziumunda Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov təqdimatla çıxış etmişdir.

 

Bu məlumat Aztibb.az-a Gömrük Hospitalından verilib.

 

3 sessiyadan ibarət simpoziumun 2-ci sessiyasında “Perkutan Nefrolitotomiya (PNL) sonrası yaranan fəsadlar və onların müalicəsi” mövzusunda təqdimatla çıxış edən Bəhruz Xalıqov perkutan nefrolitotomiya sonrası barədə ətraflı məlumat verib. O, müxtəlif ölçülü böyrək daşları üçün onun standart prosedur olmasını qeyd edib, PNL komplikasiyaların görülmə sıxlığı barədə danışıb, onların Clavien təsnifatını təqdim edib.

 

Bəhruz Xalıqov qeyd edib ki, Clavien təsnifatına görə xəstələrdə qızdırma və kreatinin səviyyəsində müvəqqəti yüksəlmə müşahidə olunur. Eyni zamanda, PNL zamanı qanaxmalar və digər komplikasiyalar barədə danışıb, müalicə üsullarını qeyd edib.

 

Təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, həkim dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub