Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Cahan Qasımovun qız övladı dünyaya gəlib
23.02.2024 14:27
Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən 2023-cü il 19-20 sentyabr tarixlərində aparılan antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Qasımov Cahan Xəqani oğlunun Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qız övladı dünyaya gəlib.
 
Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.
 
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cahan Qasımov 20 sentyabr 2023-cü il tarixində həyata keçirilən uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və 30 sentyabr tarixində şəhid olub.
 
Cahan Qasımov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Şəhidin həyat yoldaşı 37 həftəlik hamiləlik, normal yerləşmiş ciftin vaxtından əvvəl hissəvi qopması, başlanmış hipoksiya diaqnozu ilə ETMGİ-nin Qəbul şöbəsinə müraciət edib. Döldə başlanmış hipoksiya və qanama səbəbindən həkim mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Kifayət Adıgözəlova tərəfindən qadın təcili şəkildə qeysəriyyə əməliyyatına götürülüb. Uğurla icra olunan cərrahi doğuş zamanı çəkisi 2450 qram, boyu 49 sm olan qadın cinsli körpə dünyaya gəlib.
 
Ana və körpə sağlam şəkildə evə yola salınıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır