Dəqiq diaqnozları ilə pasiyentlərin etibarını qazanmış yüksəkixtisaslı radioloq - Emin Məmmədov
10.03.2024 16:53
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə dəqiq diaqnozları ilə pasiyentlərin etibarını qazanmış yüksəkixtisaslı həkim-radioloq Emin Məmmədovu təqdim edirik.
 
O, 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 2007-2008-ci illərdə Milli Onkologiya Mərkəzində şüa diaqnostikası ixtisası üzrə internatura təhsili alıb.
 
2009-cu ildən Mərkəzi Gömrük Hospitalında radioloq kimi fəaliyyət göstərən Emin Məmmədov burada Maqnit Rezonans Tomoqrafiya və Kompüter Tomoqrafiya - ümumi radiologiya, neyroradiologiya, döş qəfəsi radiologiyası, əzələ-dayaq sistemi radiologiyası, uşaq radiologiyası, qara ciyərin KT volümetriyası, rentgen, sümük densitometriyası diaqnostika metodları ilə müayinələri həyata keçirir. 
 
Emin həkim daim öz üzərində çalışan, bilik və bacarıqlarını zənginləşdirən yüksəkixtisaslı mütəxəssisdir. O, 2010-cu ildə Türkiyənin İstanbul şəhərində yerləşən məşhur Florence Nightingale Xəstəxanalar Qrupunda və 2011-ci ildə İstanbulun Qaziosmanpaşa xəstəxanasında ixtisasartırma kursları keçib, 2019-cu ildə isə Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Radioloji konfransında iştirak edib.
 
Həkim Avropa Radioloji Cəmiyyətinin üzvüdür.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır