Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır - Akademik Əhliman Əmiraslanov
22.07.2020 23:51

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır.

 

Aztibb.az xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov belə deyib.

 

O, qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin iyulun 12-dən etibarən Tovuz rayonu istiqamətində xaincəsinə və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə ölkə Prezidenti tərəfindən müvafiq sərəncam imzalanıb və onun icrasına başlanılıb. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir.

 

"Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır", - deyə bildirən Əhliman Əmiraslanov qeyd edib ki, dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində müvafiq addımlar atılır.

 

Akademikin sözlərinə görə, mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb: "Dəymiş zərər tezliklə aradan qaldırılacaq, ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq. Həmin kəndlərdə həyat tez bir zamanda tamamilə öz məcrasına qayıdacaq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır