Tələbələr Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsinə başlayıblar
17.02.2024 16:58

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci və Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci arasında imzaladığı əməkdaşlıq memorandumları çərçivəsində tələbələr 16 fevral 2024-cü il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində istehsalat təcrübəsinə başlayıblar.

 

Aztibb.az-a bu barədə Gömrük Hospitalından xəbər verilib.

 

Hospitalda hər iki tibb kollecinin istehsalat təcrübəsinə başlayan tələbələri ilə görüş keçirilib.Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim Bəxtiyar Musayev, baş tibb bacısı Gülyaz Fərəcova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim Bəxtiyar Musayev tələbələrə istehsalat təcrübə müddətində intizamlı, işə münasibətdə məsuliyyətli olmağı tövsiyə edib, eləcə də şəfqət bacılarının pasiyentlərin şəfa tapmasında rolundan danışıb.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva və baş tibb bacısı Gülyaz Fərəcova tələbələrin təhkim olunduqları şöbələr, şöbərləin işi və iş cədvəli barədə ətraflı məlumat veriblər. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev