Müsbət nəticəli müalicələri ilə pasiyentlərin etimadını qazanmış endokrinoloq - Naidə Novruzova
05.03.2024 10:01
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə xoş xasiyyəti, səmimi münasibəti, müsbət nəticəli müalicələri ilə pasiyentlərin etimadını və rəğbətini qazanmış həkim endokrinoloq Naidə Novruzovanı təqdim edirik.
 
O, 2008-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində Pavlov adına Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, 2008-2009-cu illərdə Əfəndiyev adına Şəhər Klinik Xəstəxanasında internatura keçib. Naidə həkim 2012-2016-ci illərdə dövlət tibb müəssisəsində həkim-endokrinoloq vəzifəsində çalışıb. 2016-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-endokrinoloq kimi fəaliyyət göstərir.
 
Naidə Novruzova Mərkəzi Gömrük Hospitalında hipertireoz (zəhərli zob), hipotireoz, düyünlü zob, qalxanvari vəzi xərçəngi, tireoditlər, qalxanabənzər vəzin anadangəlmə inkişafdan qalması, şəkərli diabet, şəkərli diabetin monitorinqi, insulin pompası ilə mualicə, hamiləliyə bağlı şəkərli diabet, hipoqlikemiya, piylənmə, dislipidemiyalar, osteoporoz (sümük əriməsi), sümük və kalsium metabolizmi, D vitamini əksikliyi, hirsutizm, böyrəküstü vəz xəstəliklərinin müalicəsini həyata keçirir.
 
O, tibb sahəsində dərc olunan yenilikləri öyrənib praktikada tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir. Həkim Türkiyədə, Rusiyada və ölkəmizdə keçirilmiş müxtəlif seminar və kursların iştirakçısıdır.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır