Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyası yüksək keyfiyyətli və etibarlı müayinə nəticələri ilə xidmətinizdədir
14.02.2024 09:19

Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasında biomaterialın qəbulu, qeydiyyatı və tədqiqi həftənin 7/24  fasiləsiz iş rejimində həyata keçirilir. Bundan əlavə, biomaterialı ev şəraitində səyyar tibbi xidmət mütəxəssisləri tərəfindən toplamaq mümkündür.

 

Aztibb.az-ın xəbərinə görə, Mərkəzi Gömrük Hospitalının Laboratoriyasının tədqiqat spektrinə müasir, tam avtomatlaşdırılmış analizatorlarda diaqnostikanın ümumi iş prinsipinə uyğun olaraq kliniki, biokimyəvi, koaqulopatoloji, hematoloji, bakterioloji, immunoseroloji və molekulyar-genetik müayinələr, dərmanların monitorinqi daxildir. Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası xidmətlərinin keyfiyyətini və etibarlılığını nümayiş etdirmək üçün ISO 15189 standartına akkreditasiya olunub. ISO 15189 beynəlxalq səviyyədə tanınmış sənəddir. Buraya həm keyfiyyət sisteminin elementləri, həm də kliniki laboratoriya üçün ümumi tələblər daxildir.  

 

Tibbi Laboratoriyanın akkreditasiya olunması tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, səhiyyə normativlərinin yerinə yetirilməsinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə  cavab verməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verir.

 

Tibbi Laboratoriya 24 saat rejimində bütün zəruri resurslara malikdir. Sertifikatlaşdırılmış laboratoriyamız dünya bazarında nüfuzunu artırır və rəqabət mühitində üstünlük göstərir. Pasiyentlərə təklif etdiyimiz geniş profilli laborator xidmətlər (kompleks şəkildə istifadə olunan profil müayinələrə 30% endirim mövcuddur) idarə edilmənin səriştəli, səmərəli təşkil edildiyini və alınan nəticələrin yüksək keyfiyyətli olduğunu təsdiqləyir.

 

Məqsədimiz etibarlı tədqiqat nəticələrini təmin etməkdir. Sağlamlığınızı bizə etibar edin. Mərkəzi Gömrük Hospitalı 15 ildir ki, sağlamlığınızın keşiyindədir!

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub