ÜST: 2023-cü ildə 5,5 milyondan çox denge xəstəliyinə yoluxma halı qeydə alınıb
12.02.2024 16:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tropik xəstəliklər bölməsinin direktoru Raman Velayudhan bildirib ki, 2023-cü ildə dünyada 5,5 milyondan çox insanda denge qızdırması aşkarlanıb və bu xəstəlikdən 5 min nəfər ölüb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, Velayudhan Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında denge qızdırmasının qlobal vəziyyəti ilə bağlı qiymətləndirmələr edib.

 

O, denge qızdırmasının əsas daşıyıcısı olan və yayılma sahələri genişlənən ağcaqanadların ətraf mühit dəyişiklikləri və iqlim şəraitinin təsiri ilə Aralıq dənizi regionunda daha çox ölkədə yayıldığını bildirib. 

 

Velayudhan, 2023-cü ildə Amerika qitəsində 4,5 milyon insanda denge qızdırmasına yoluxmanın olduğunu və bunun bir ildə eyni qitədə görülən ən yüksək rəqəm olduğunu vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub