Fələstin Qızıl Aypara Cəmiyyəti: İsrail qüvvələri Amal xəstəxanasında 4-ü həkim olmaqla 8 tibb işçisini saxlayıb.
12.02.2024 15:46

İsrail qüvvələrinin Qəzza zolağının cənubundakı Xan Yunisdə Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı Amal xəstəxanasında 8-i tibb işçisi olmaqla 17 nəfəri saxladığı bildirilib.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Fələstin Qırmızı Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail ordusunun Amal xəstəxanasına təxminən 10 saat davam edən basqın həyata keçirdiyi, xəstəxanada axtarış apardığı, avadanlıqları zədələdiyi, tibb işçilərini sorğu-sual etdiyi və döydüyü bildirilib.

 

Açıqlamada İsrail qüvvələrinin 4-ü həkim, 4-ü yaralı olmaqla, Qızıl Aypara Cəmiyyətinin 8 tibb işçisini saxladığı qeyd edilib.

 

İsrail qüvvələrinin, həmçinin Qızıl Aypara işçilərinin, xəstələrin və yoldaşlarının pul və əşyalarını oğurladığı, kompüter və simsiz rabitə vasitələrini müsadirə etdiyi bildirilib.

 

Fələstin Qızıl Aypara Cəmiyyətindən əvvəlki açıqlamada Amal xəstəxanasının 19 gündür mühasirədə olduğu və İsrail qüvvələrinin xəstəxana binasını birbaşa hədəfə aldığı söylənilmişdi.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub