Professor Gəray Gəraybəyli Erasmus layihəsinin iştirakçısı olan ATU tələbələri ilə görüşüb  
12.02.2024 16:04

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Erasmus layihəsi çərçivəsində xarici ölkələrdə praktika keçən və yeni təcrübə proqramına hazırlaşan tələbələrlə görüşüb.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, görüşdə iştirak edən II Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Vahidi Səid ötən tədris illərində yaz və payız semestrini Litva Sağlamlıq Elmləri Universitetinin Tibb fakültəsində praktikada olduğunu deyib. O, Kaunas şəhərində yerləşən tibb müəssisəsində əldə etdiyi təcrübə haqqında məlumat verib və sonda rektora yaradılan şərait üçün təşəkkürünü bildirib.

 

ATU-nun Əczaçılıq fakültəsinin III kurs tələbəsi Türkanə Əliyeva isə 2023-2024-cü tədris ilinin yaz semestrini Anadolu Universitetinin əczaçılıq fakültəsində keçirəcəyini qeyd edib. Yaxın günlərdə proqramda iştirak məqsədilə Eskişehirə ola düşəcəyini bildirən tələbə bu imkana görə universitet rəhbərliyinə təşəkkr edib.

 

Bu gün ATU-nun dünyanın bir çox tanınmış universitetləri ilə ortaq layihələr reallaşdırdığını deyən professor G.Gəraybəyli bu əlaqələrin tələbələrin təcrübəsinin artırılması və inkişafının geücləndirilməsinə yönəldiyini qeyd edib. Rektor tələblərə uğurlar arzulayaraq, onları fəal olmağa, yaradılan hər bir imkandan yararlanmağa çağırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev