ATU rektoru Qərbi Qazaxıstan Tibb Universitetinin magistrantları ilə görüşüb
11.02.2024 12:07

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli universitetdə praktikada olan qazaxıstanlı magistrantlarla görüşüb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin 8 magistrantı ilə görüşdə rektor G.Gəraybəyli universitetlər arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsini yüksək qiymətləndirdiyini bildirib. O, digər ölkələrin universitetləri ilə icra olunan ortaq təşəbbüs və layihələr, ATU-nun əcnəbi tələbələrə verdiyi imkanlar haqqında da qonaqları məlumatlandırıb.  

 

Magistrantlar yaradılan şərait üçün ATU rəhbərliyinə təşəkkür edərək buradakı təcrübə ilə bağlı təəssüratlarının açıqlayıblar. Qonaqlar ATU-da praktikada olduqları 14 gün ərzində Patoloji anatomiya, Sitalogiya, Embriologiya, Histologiya, Epidemiologiya, Qidalanma, Uşaq xəstəlikləri, Ailə təbabəti, Əczaçılıq və digər kafedralarda olduqlarını, universitetin klinikalarında işlədiklərini bildiriblər. 

 

Qeyd edək ki,  Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin 8 magistrantı – Nurbek Azbergenov, Zarina Jaksıbay, Elmira Xayrullina, Dayana Almurzayeva, Dinara Bekbolatqızı, Gulmariya Sadenova, Jansaya Kereyeva, Ayna Akbasova ATU-da iki həftə ərzində təcrübə proqramında iştirak ediblər. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev