52 yaşlı qadının qarın boşluğundan nəhəng törəmə xaric edilib
08.02.2024 13:21

Abşeron Rayon Mərkəzi Xəstəxanasına kəskin qarın ağrısı səbəbilə müraciət edən 1972-ci il təvəllüdlü qadında müayinələr zamanı uşaqlıq mənşəli nəhəng kistik törəmə aşkar edilib və ona əməliyyat təyin olunub.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri, uzman cərrah İlkin Həşimov və həkim-cərrah Adil Nəsibov tərəfindən pasiyent üzərində əməliyyat uğurla icra olunub. Xəstənin qarın boşluğundan təxmini ölçüsü 45-50 sm, çəkisi 10 kq olan törəmə xaric edilib.

 

Pasiyentə əməliyyatdan sonra stasionar müalicə müddətində də zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş olduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub