COVID-19-un uzunmüddətli nəticələri hələ lazımınca öyrənilməyib
31.10.2020 22:02

COVID-19-un uzunmüddətli nəticələri hələ lazımınca öyrənilməyib, lakin bir məsələ aydındır ki, bu xəstəliyin ən müxtəlif simptomları həftələr ərzində, hətta aylarboyu davam edir, kişilər, qadınlar, gənclər və uşaqlar bu simptomlardan tezliklə xilas ola bilmir.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru doktor Tedros Adhanom Qebreyesus söyləyib. O deyib: “Bəzi adamlar öskürür və təngnəfəs olur, digərlərinin ağciyər, ürək kimi mühüm orqanları zədələnir, üçüncülər nevroloji və psixoloji problemlərlə üzləşirlər. Sağalma prosesi bəzən uzun müddət tələb edir, həm də ağırlaşmalar istər xəstəxanalarda, istərsə də ev şəraitində müalicə olunmuş insanlarda müşahidə olunur.

 

Liverpul Tropik Təbabət Məktəbinin professoru Pol Qarner bildirib ki, xəstəliyin simptomları tez-tez təkrarlanır, azacıq fiziki gərginlik zəifləməyə səbəb olur. P.Qarner deyib: “Mən yalnız indi, infeksiyaya tutulandan yeddi ay sonra idman məşğələlərimi bərpa edə bilmişəm, o da yüngül formada. İki həftə bundan əvvəl isə nəhayət, yumor hissim özümə qayıdıb”.

 

ÜST-ün fövqəladə vəziyyətlər şöbəsinin direktoru Mark Rayan jurnalistlərin suallarına cavab verərək qeyd edib ki, səfərlərə, o cümlədən beynəlxalq səfərlərə çıxmaq o qədər də təhlükəli deyil: sərnişinlərin qorunması üçün kifayət qədər tədbirlər görülüb. Onun sözlərinə görə, səfərə çıxan insanın gəldiyi və getdiyi ölkələrdə epidemioloji vəziyyət mühüm rol oynayır. Hazırda bir sıra dövlətlərə gəlmək üçün tələb olunan testlərin nəticələri təhlükəsizliyə təminat vermir: yaxma götürülən anda xəstəlik əlamətləri olmayan insan cəmi iki gündən sonra yoluxa və xəstələnə bilər.

 

Virusun mutasiyası məsələsinə gəldikdə isə texniki ekspert Mariya van Kerkhovun sözlərinə görə, hər hansı başqa törədicilər kimi bu virus da mutasiya edir və ÜST müntəzəm olaraq tərəfdaş ölkələrdən dəyişmiş virusların genetik “portretlərini” alır. O, deyib: “Bizi narahat edən bu dəyişikliklərin virusun yayılma qabiliyyətinə necə təsir etməsi, xəstəliyin gedişinin necə dəyişməsi deyil, bu dəyişmənin nəticəsi, vaksinin nə dərəcədə səmərəli olması, bu mənada koronavirusun nə qədər sabit olmasıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır