Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
06.05.2024 11:28

Bakıda Azərbaycan Pediatrlar Assosiasiyasının “Türk Dünyası Pediatrların Zirvə Görüşü Layihəsi 2024″ çərçivəsində 3-5 may tarixlərində “II Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı beynəlxalq elmi praktik konfrans keçirilib.

Aztibb.az xəbər verir ki, Azərbaycan və Türkiyədən olan mütəxəssislərin iştirakı ilə keçirilən konfransda iki qardaş ölkədən alimlər, yüksək ixtisaslı həkimlər və mütəxəssislər iştirak ediblər.

Beynəlxalq konfras Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrisinin yad olunması, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin mahiyyətindən bəhs edib. Qeyd edib ki, 1995-ci il mayın 3-dən etibarən dünyada ölkəmiz üçün çox vacib "Türkçülük günü" qeyd olunur. Həmin gün ərəfəsində təşkil olunan konfransın əsas hədəfi pediatriya sahəsində qardaş ölkə olan Türkiyəli həmkarlarla əməkdaşlığı gücləndirmək, körpə və uşaqlara tibbi yardımın təşkilinin təkmilləşdirilməsinə hərtərəfli töhfə verməkdir.

T.Tağızadə vurğulayıb ki, Azərbaycanın dövlət siyasətinin ən mühüm prioritetlərindən biri uşaqların sağlamlığı və onun qorunmasıdır. Ana və uşaqlara qayğı, uşaq ölümünün azaldılması siyasətinin dövlətin davamlı inkişafının təminatı olduğunu deyən alim Azərbaycan Pediatrlar Assosiasiyasının da təsis edildiyi vaxtdan etibarən Azərbaycanda uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və pediatriyanın inkişafında fədakar xidmət göstərdiyini deyib. Ölkəmizdə pediatr həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən olan Azərbaycan Pediatrlar Assosiasiyasının uşaqların sağlamlığının mühafizəsi istiqamətində dövlət siyasətini prioritet vəzifə kimi əsas tutduğunu dıqqətə çatdırıb. Təşkilatın bu istiqamətdə məqsədyönlü fəaliyyətini həyata keçirdiyini, qardaş ölkə ilə bu sahədə əməkdaşlığını davam etdirdiyini, Türkiyədə fəaliyyət göstərən uşaq sağlamlığı ilə bağlı ixtisaslaşmış qurum və təşkilatların işindən bəhrələndiyini və onlarla təcrübə mübadiləsi etdiyini bildirib.

Konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, konfransın Təşkilat Komitəsinin sədri, Türkiyənin Dicle Universitetinin Tibb fakültəsi Uşaq sağlamlığı və xəstəlikləri kafedrasının professoru İlyas Yolbaş, Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Doğu Pediatriya Dərnəyinin təsisçisi Velat Şen, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, TƏBİB-in nümayəndəsi Səkinə Əzizli, Pediatrik Uzmanlar Akademiyası Dərnəyinin rəhbəri Vefiq Arıca, professor Bumin Dindar və Türkənin Kahraman Maraş və digər bölgələrindən, Qarabağdan, Laçından gələn həkimlər təqdim edilən çıxışların, aparılan müzakirələrin pediatriya sahəsi üçün müsbət təcrübələr olması baxımından əhəmiyyətinə diqqət çəkiblər. Natiqlər gələcəkdə bu cür tədbirlərin, konfransların keçirilməsinin əhəmiyyətini vurğulayıb, konfransın işinə uğurlar arzulayıblar.

Türkiyəli qonaqlar Azərbaycan Pediatrlar Assosiasiyasına, Səhiyyə Nazirliyinə vəTƏBİB-ə konfransın təşkilində göstərdikləri dəstəyə görə plaket və hədiyyələr təqdim ediblər.

Konfransda uşaqların xəstələnməsinin qarşısının alınmasına və bu xəstəliklər nəticəsində inkişaf edən ağırlaşmaların azaldılmasına dair tətbiq edilən müasir müalicə üsulları və profilaktik tədbirlər, həmçinin də klinik pediatriyanın digər aktual məsələləri müzakirə olunub.

Tədbirdə Türkiyənin nüfuzlu universitetlərinin çoxsaylı alimlərinin elmi-praktik çıxışları dinlənilib, pediatriya sahəsində aktual problemlərin həlli yolları birlikdə araşdırılıb, xəstəliklərin diaqnostika və müalicəsi sahəsində əldə edilən son yeniliklər konfrans iştirakçılarının nəzərinə çatdırılıb.

Həmçinin tibb içiləri üçün müntəzəm təlim kurslarının keçirilməsi və sertifikatlarla qiymətləndirilkməsi nəzərdə tutulub.

Bundan əlavə, konfransda iştirak edən alim-pediatrların məqalələri "Azərbaycan Pediatriya Jurnalında" dərc olunacaq.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir