Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzinin əməkdaşları üçün təlim təşkil olunub
31.01.2024 14:34
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzinin əməkdaşları üçün təlim keçirilib.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev gömrük orqanları və qurumların əməkdaşları arasında işlə bağlı stress və onun qarşısının alınmasına dair 2024-cü ildə davamlı olaraq maarifləndirici təlimlərin keçiriləcəyi barədə məlumat verib və əməkdaşların işgüzarlığının artırılmasında bu təlimlərin vacibliyini vurğulayıb.
 
Tədbirdə Mərkəzi Gömrük Hospitalının psixiatrı t.ü.f.d., Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: Stressə davamlılığın artırılması”, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Effektiv iş mühitinin yaradılmasında komanda işi və effektiv ünsiyyətin əhəmiyyəti” və PR üzrə mütəxəssis Dilarə Zamanova “Vaxtın idarə edilməsi” mövzularında təqdimatlarla çıxış ediblər.
 
Təlimdə stressin iş prosesinə və sağlamlığa göstərdiyi mənfi amillər, vaxtın düzgün və səmərəli idarə edilməsinin qaydaları və iş prosesində tətbiqinin işgüzarlığa göstərdiyi müsbət təsirləri, effektiv iş mühitinin yaradılmasında komanda işinin və effektiv ünsiyyətin əhəmiyyəti mövzularında danışılıb.
 
Təlim tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında geniş müzakirələr aparılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub