Ukraynada karantin müddəti avqustun 31-dək uzadılıb
22.07.2020 20:06

Bu gün Ukrayna parlamenti ölkədə karantin müddətinin avqustun 31-dək uzadılması barədə qərar qəbul edib. Bu qərar Ukrayna Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb.

 


Aztibb.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

 


Baş Nazir bəyan edib ki, karantinə regional səviyyədə adaptiv yanaşma artıq öz səmərəsini sübut edib və bu, Ukraynada xəstəliyin səviyyəsinə nəzarət etməyə imkan verir. Baş Nazirin sözlərinə görə, xəstəliyin pik həddə çatmaması və səhiyyə sisteminin həddən artıq yüklənməməsi üçün hökumət bundan sonra da adaptiv yanaşmaya əməl edəcək.

 


O, bildirib ki, Ukraynada hər gün 20 mindən 30 minədək test yoxlamaları aparılır və tezliklə ölkədə COVID-19 testlərinin sayı milyona çatacaq.


Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə koronavirusa yeni yoluxma hallarının sayında artım müşahidə olunur, sutka ərzində daha 829 nəfər bu xəstəliyə tutulub. Daha çox yoluxma halları Kiyevdə, Lvov və İvano-Frankovsk vilayətlərində qeydə alınıb. Ölkə ərazisində xəstəliyə tutulanların ümumi sayı 60.995 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır