Pandemiyanın episentri yenidən Avropaya keçib - ÜST
30.10.2020 20:34

Son yeddi gün ərzində Avropada epidemiyanın başladığı vaxtdan bugünədək COVID-19-a yoluxma hallarının həftəlik sayının ən yüksək olması qeydə alınıb. İki həftə ərzində yoluxanların sayı artaraq 7 milyondan 9 milyona çatıb, bu gün isə 10 milyonu keçib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klyuqe xəbərdarlıq edib ki, pandemiyanın episentri yenidən Avropaya keçib.

 

Aztibb.az BMT-nin xəbərlər saytına istinadla bildirir ki, doktor Hans Klyuqe region ölkələrinin Səhiyyə nazirlərinin təcili müşavirəsində çıxış edib. Onun sözlərinə görə, Avropa ölkələrinin üçdəbir hissəsində COVID-19-la əlaqədar xəstəxanalara gətirilənlərin sayı yazdakı göstəricilər səviyyəsinə çatıb və əhalinin hər 100 min nəfərinə 10 xəstə düşüb. Ölüm hallarının sayı ötən həftə ilə müqayisədə, 32 faiz artıb. Doktor Klyuqe deyib: “Ölüm hallarının artması barədə həyəcanlı xəbərlər alırıq”.

 

COVID-19 üçün laboratoriya tədqiqatları məqsədilə yaradılmış sistemlər artmış gərginliyə davam gətirmir. Avropa ölkələrinin əksəriyyətində analizlərin müsbət nəticələrinin səviyyəsi 5 faizə çatıb. Hans Klyuqe vurğulayıb: “Dərin narahatçılıq keçirdiyimi etiraf etməliyəm. Eyni zamanda, sizi dəstəklədiyimə əmin ola bilərsiniz”.

 

Onun sözlərinə görə, hazırda bir çox ölkələrdə belə bir sual yaranır: tam təcrid rejimini yenidən tətbiq etmək lazımdırmı və hansı hallarda ifrat tədbirlərə əl atmaq lazımdır. Doktor H. Klyuqe bildirib ki, bu kimi tədbirlər səmərəlidir, lakin onlar bəzən xoşagəlməz nəticələrə gətirib çıxarır – psixoloji yardıma ehtiyac, evdə zorakılıq hallarının sayı artır, xroniki xəstəlikləri olan insanlar həkimə müraciət edə bilmir, nəticədə onlar vaxtsız vəfat edirlər.

 

Doktor Klyuqe maliyyə çətinliklərini, sosial müavinət üçün müraciətlərin sayının və dövlət büdcəsinə düşən yükün artmasını da xatırladıb. O vurğulayıb: “Bu reallığı nəzərə alaraq hesab edirik ki, milli səviyyədə karantin tətbiq edilməsi ən ifrat tədbir olmalıdır. Bu tədbirə əl atmazdan əvvəl öz effektivliyini təsdiqləmiş elementar vasitələrdən istifadə etmək lazımdır”.

 

Məsələn, mütəxəssislərin hesablamalarına görə, ümumi maska rejimi, əhalinin 95 faizinin ictimai yerlərdə ağzını və burnunu örtməsi gələn il fevralın 1-nə qədər ÜST-ün Avropa regionuna daxil olan 53 ölkənin 255 min sakininin həyatını xilas etməyə imkan verər. Məsafədən iş və insanların kütləvi şəkildə toplaşmasının qadağan edilməsi də xəstələnmə hallarının sayını və ölüm hallarının səviyyəsini azaltmağa kömək edər.

 

Digər tərəfdən, ÜST ekspertləri hesab edirlər ki, uşaqlar və yeniyetmələr infeksiyanın əsas daşıyıcıları deyil, buna görə də məktəbləri yalnız ən ifrat hallarda bağlamaq lazımdır. Ekspertlər pandemiya ilə bağlı əsas məsələlərin həllinə əhalinin daha fəal cəlb olunmasını təklif edirlər. Bu halda hər hansı tədbirlərin səmərəliliyi ilə bərabər belə addımların mənfi nəticələrini də qiymətləndirmək lazımdır.

 

ÜST tibb işçilərinin və bütövlükdə səhiyyə sisteminin də qeydinə qalmağı tövsiyə edir. “Tibbi heyət öz imkanlarının son həddində işləyir”, - deyə xəbərdarlıq edən doktor Klyuqe səhiyyə sistemlərinin işini mövcud resurslara uyğunlaşdırmağı təklif edib. Məsələn, yoluxmuş insanın kontaktda olduğu adamların hamısını aşkar etmək mümkün deyilsə, bu halda əsas diqqəti çoxlu sayda insanın toplaşdığı və kütləvi yoluxmaların mənbəyinə çevrilmiş tədbirlər üzərində cəmləşdirmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır