Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
19.01.2024 13:36
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə çıxış edən Xəstəxanasının İlkin Səhiyyə xidmətinin rəhbəri, direktor müavini Nuranə Səttarova bildirib ki, 34 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror idi.
 
Nuranə Səttarova 20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyi və Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin də Ümummilli Lider tərəfindən verildiyi diqqətə çatdırıb.
 
Direktor müavini qeyd edib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı qanlı yanvar hadisələrinin qurbanlarının və şəhidlərimizin xatirəsini hər zaman hörmətlə yad edir. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır:
 
Bu gün qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad edib. Bu şanlı Zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb".
 
Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsindən 34 il keçməsinə baxmayaraq, o gün yaşananların ağrısı-acısının hələ də qəlblərimizdə olduğunu, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçənlərin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yad edildiyini bildiriblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev