TƏBİB ilə Almaniyanın “Sana Clinic” və “Falk Beratung” şirkətlərinin nümayəndə heyəti arasında görüş olub
18.01.2024 19:03

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə Almaniyanın “Sana Clinic” və “Falk Beratung” şirkətlərinin nümayəndə heyəti arasında görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a TƏBİB-dən verilib.

 

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, aidiyyəti departament və şöbələrin rəhbərləri, “Sana Clinic”in beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, Tibbi strategiyasının rəhbəri Qebhard fon Kosel, Tibbi strategiya üzrə meneceri Tina Kütner, Kardiologiya bölməsinin rəhbəri Fabian Knabel və “Falk Beratung”un ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Tobias Luk iştirak ediblər.

 

Görüşə “Sana Clinic”in İcraçı direktoru Tomas Lemke və “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk onlayn qoşulublar.

TƏBİB-in İcraçı direktorun müavini Araz Nəsirov TƏBİB-in yarandığı gündən görülən işlərlə bağlı qonaqlara məlumat verib:

 

“Ölkəmizdə səhiyyə sisteminin dayanıqlı əsaslarla maliyyələşməsini təşkil etmək məqsədi ilə TƏBİB yarandığı gündən bir sıra irəliləyişlərə nail olub. Xəstəxanalarda yeni idarəetmə sisteminin tətbiqi və inkişafı, yeni maliyyələşmə sisteminin formalaşması, tibb müəssisələrində rəqəmsallaşdırma işinin təşkili, həkimlərin əməkhaqqılarının yüksəldilməsi, xəstəxanaların maddi-texniki bazasının yenilənməsi və ən əsası, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində çoxsaylı yeniliklər həyata keçirilib. Bu görülən işlərlə yanaşı, biz daim beynəlxalq əməkdaşlıqlara da böyük önəm veririk”.

 

Görüşdən əvvəl Yeni Klinikanı ziyarət etdiklərini bildirən qonaqlar orada tibb müəssisəsinin rəhbər heyəti, inzibati işlər və tibbi xidmətlər üzrə müvafiq struktur bölmə rəhbərləri ilə görüşdüklərini və müsbət təəssüratlarla qayıtdıqlarını xüsusi vurğulayıblar. “Sana Clinic” və Yeni Klinika arasında qurulacaq əməkdaşlığın perspektivlərindən danışan “Sana Clinic”in beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer buranı Azərbaycan səhiyyəsinin mayakı adlandırıb:

 

“Bu gün Azərbaycanda Yeni Klinika kimi xəstəxanaların olması çox təqdirəlayiqdir. Hesab edirik ki, Yeni Klinika bu gün sizin üçün, sizin səhiyyəniz üçün bir mayak rolunu oynayır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır