1 nömrəli Tələbə Poliklinikası 15000 tələbəyə tibbi xidmət göstərir
21.01.2024 09:43
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Tələbə Poliklinikası Azərbaycan Texniki Universitetinin 3 saylı tədris korpusunda yerləşir.
 
Aztibb.az-ın xəbərinə görə, tibb müəssisəsi 1967-ci ildən fəaliyyət göstərir.
 
Poliklinika Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin əyani şöbəsində təhsil alan 15000 tələbəyə tibbi xidmət göstərir.
 
Müəssisədə tələbələrə ilkin tibbi yardım, müalicə və profilaktik tibbi xidmətlər göstərilir.
 
Poliklinikada cərrahi, infeksion, terapevtik, laborator, kardioloji, oftalmaloji, stomatoloji, nevroloji və otorinolarinqoloji kabinetlər var.
 
1 nömrəli Tələbə Poliklinikası Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 25 ünvanında yerləşir.
 
Əlaqə nömrələri: (012) 539 13 61, (012) 539 14 47
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev