Qəzzada Şifa xəstəxanasına yanacaq və tibbi ləvazimat çatdırılıb
15.01.2024 12:08

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzanın şimalındakı Şifa xəstəxanasına yanacaq və tibbi ləvazimatların çatdırıldığını açıqlayıb.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla məlumat verir.

 

O, X sosial media platformasında iki həftədən çox müddətdə 1000 travma və 100 dializ xəstəsinin müalicəsində istifadə edilmək üçün Qəzzanın şimalındakı Şifa xəstəxanasına yanacaq və tibbi ləvazimat çatdırmağı bacardıqlarını bildirib.

 

Şifa Xəstəxanasının 40 çarpayılıq reanimasiya şöbəsi, təcili yardım otağı, doğum və ginekologiya xidmətləri, məhdud sayda hemodializ bölmələri, əsas laboratoriya və radiologiya xidmətləri ilə yenidən xidmətə başladığını qeyd edən Qebreyesus, xəstəxanada xidmətlərin qismən bərpası üçün yanacaq sərfiyyatı və tibbi ehtiyaclara diqqət çəkib.

 

Baş direktor tibb işçilərinin xəstələrə xidmət göstərə bilməsi üçün tibbi ləvazimatlar, yanacaq, qida və suyun paylanması üçün "davamlı və təhlükəsiz giriş" lazım olduğunu vurğulayıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub