Respublika QİÇS-lə Mübarizə Mərkəzində fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib
15.01.2024 11:27
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdə səhiyyə müəssisəsinin həkim və tibb heyəti, Fövqəladə Hallar Nazirliyinin DYNX II Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı iştirak edib.
 
Məqsəd müəssisədə baş verə biləcək yanğın və digər hadisələrinin qarşısının alınması üçün profilaktik işlərin görülməsi, səhiyyə işçilərinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.
 
Toplantıda tibb işçilərinə fövqəladə hallarda davranış qaydaları izah edilib, yanğın, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürən balonlardan istifadə qaydaları, insanların təxliyyə edilməsi haqqında geniş məlumat verilib.
 
Bildirilib ki, hansısa qəza nəticəsində insanların fiziki sağlamlıqlarının bərpasında, mülki müdafiənin təmin olunmasında tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Həkim himayəsində olan xəstələrin olduğu bir müəssisədə fövqəladə hallar zamanı davranış qaydalarının təkmilləşdirilməsi vacibdir.
 
Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşının Mərkəzin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və onlardan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub