Şagirdlər erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri barədə məlumatlandırılıblar
13.01.2024 11:56

Tərtər şəhər 2 saylı tam orta məktəbində “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri!” və “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.

 

Tərtər Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, tədbirdə tibb müəssisəsinin psixoloqu Təranə Əmiraslanlı da iştirak edib.

 

O, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən və bu problemin aradan qaldırılması yolları haqqında danışıb. Psixoloq erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisinin təhsildən yayınmaq olduğunu bildirib.

 

T.Əmiraslanlı diqqətə çatdırıb ki, valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

 

Həkim, həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışıb. Təranə xanım şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər