Ötən il Nigeriyada Lassa qızdırmasından 219 nəfər dünyasını dəyişib
13.01.2024 12:31

Ötən il Nigeriyada ölümcül olan və heyvanlardan insanlara keçə bilən Lassa qızdırması səbəbindən 219 nəfər ölüb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada ölkədə 2023-cü ildə Lassa qızdırması epidemiyasının paytaxt Abuca ilə yanaşı 28 ştata da yayıldığı bildirilib.

 

Açıqlamada, ötən il 8 min 978 şübhəli Lassa qızdırması hadisəsinin aşkar edildiyi, onlardan 1227-nin təsdiqləndiyi, epidemiya səbəbiylə 219 nəfərin öldüyü qeyd olunub.

 

Nigeriya hökuməti 2023-cü ilin fevralında Lassa qızdırmasının yayılması ilə əlaqədar "fövqəladə vəziyyət" elan edib.

 

Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb.

 

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub