Gəncə terrorları zamanı 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub
29.10.2020 09:59

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə “Ermənistan təcazvüzünün qurbanı Gəncə barədə nə bilirsiniz?” başlıqlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.


Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiqi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin olunacaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub