İsrailin Qəzzada xəstəxanada törətdiyi cinayətlərin üstü açılıb
29.12.2023 15:46

Qəzza zolağının şimalında yerləşən Əl-Avda xəstəxanasının böyük dağıntılara məruz qalması, 18 gün mühasirədə saxlanılması, səhiyyə işçiləri də daxil olmaqla, çoxlu mülki vətəndaşın öldürülməsi və bir çox cinayətlərə səhnə olduğu üzə çıxıb. Xəstəxana müdiri də daxil olmaqla çox sayda adam nəzarətə alınıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, Əl-Avde xəstəxanası 2,5 aydan artıq İsrail qüvvələrinin hücum və basqınlarına məruz qalıb, blokadaya alınıb, hərbi kazarmaya çevrilib.

 

Xəstəxananın direktoru Əbu Səfiyə xəstəxananın blokadası zamanı İsrail snayperlərinin açdığı atəş nəticəsində biri könüllü tibb bacısı, digəri işçi olmaqla iki nəfərin həlak olduğunu bildirib. O, dekabrın 26-da xəstəxananın 2 fərqli mərtəbəsində cəmi 4 otağın hədəf alındığını və açılan atəş nəticəsində başından yaralanan bir işçinin həyatını itirdiyini deyib.

 

İsrail qüvvələrinin xəstəxananı 18 gün mühasirəyə aldığını və təxminən bir həftə əvvəl blokadanı qaldırdığını söyləyən Əbu Səfiyə bu müddət ərzində xəstəxanaya heç bir tibbi ləvazimat, yanacaq və qida daxil olmadığını bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib